Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Gəncə şəhərində vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Teleqraf.com xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN Gəncə Regioal Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunublar.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, vətəndaş avtomobilində təmir işləri apararkən barmağının mühərrikin içində sıxılıb qalması nəticəsində köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər tərəfindən təhlükəsizlik qaydalarına riayət etməklə vətəndaşa müvafiq köməklik göstərilərək xilas edilib.