17 İyul 20:38
939
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mamırlı şəlaləsi Qax rayonunun Ləkit Kötüklü kəndinə gedən sıx meşənin dərinliyində yerləşir.

Teleqraf.com xəbər verir ki, ölkənin ən nadir şəlalələrindən olan Mamırlı adını da özünün görünüşündən götürüb. Qayalardan yüzillər boyu axan su sıx mamırların bitməsinə səbəb olub. Mamırlar qayaları elə örtüb ki, sanki divara yaşıl xalça vurulub.

Şəlaləyə gedən yolda bir çox təndirxanalara rast gəlinir. Xüsusən də yay aylarında. Gələn qonaqların rahatlığı üçün yolboyu istirahət məkanları və orada Qaxa məxsus təamlar var. Ağaclar sıx olduğundan bura daim sərin olur. Bu da yay fəslində turist axının səbəblərindən biridir.

Qonaqların rahatlığı üçün onlara şəlalə mənzərisi ilə çay süfrəsi də təklif olunur.

Mamırlının təbiət və görüntüsünə görə gələn insanlar buranı cənnətə bənzətdiyini deyirlər.


Müəllif: Foto: Elnur Muxtar

Oxşar xəbərlər