19 İyul 11:44
571
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024-2025-ci tədris ili üçün peşə təhsili müəssisələrinə tələbə qəbulu iyulun 20-25-i aralığında aparılacaq.

Teleqraf.com xəbər verir ki, bu sözləri Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov jurnalistlər üçün təşkil edilən brifinqdə deyib.

Onun sözlərinə görə, tələbə qəbulu üç mərhələdən ibarət olacaq və bu barədə məlumatlar gələn ay ictimaiyyətə açıqlanacaq.

Ceyhun Kərəmov əlavə edib ki, Azərbaycanda peşə təhsilinə müracətdə artım müşahidə olunur. Vətəndaşlar peşə təhsilinə daha çox müraciət edir

O bildirib ki, peşə təhsilinə qəbul və müraciət son dörd ildə 3 dəfə artıb.

Ceyhun Kərəmov işğaldan azad edilən ərazilərdə 8 peşə təhsil müəssisənin tikintisinin nəzərdə tutulduğunu vurğulayıb: "Hazırda Füzuli şəhəri üzrə müasir 850 nəfərlik peşə təhsil müəssisəsi tikilir. Şuşa, Zəngilan, Cəbrayıl,Ağdam şəhərində layihələndirmə işləri həyata keçirilir".


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər