20 İyul 09:50
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə mənzil alanların sayı azalıb.

Teleqraf.com xəbər verir ki, Türkiyə Statistika Qurumunun məlumatına görə, iyunda 1440 əcnəbi bu ölkədə ev sahibi olub.

Ümumilikdə, ilin ilk yarısında say 10 min 548-ə çatıb. 2023-cü ilin birinci yarısı ilə müqayisədə fərqi daha aydın görmək mümkündür. Keçən ilin ilk 6 ayında Türkiyədə xarici ölkə vətəndaşlarına 20 minə yaxın mənzil satılmışdı.

Azərbaycanlılar xüsusilə pandemiyadan sonra Türkiyədə çox böyük imkanlar ortaya qoya bilmir. Ölkədə sosial vəziyyətin pisləşməsi, pul kütləsinin azalması qardaş dövlətdə daşınmaz əmlak bazarındakı davranışa da təsir göstərib. Hər il sayda azalma qeydə alınır.

Keçən il azərbaycanlılar Türkiyədə 800 civarında mənzil almışdı. 2023-cü ilin ilk yarısında say 395 olmuşdu. Halbuki sayın 1000-i keçdiyi dövrlər olub. Bu ilin birinci yarısında isə 339 müqavilə imzalanıb.

Azərbaycan vətəndaşlarının Türkiyədə ev almasına tərəddüdünün bir səbəbi də gözlənilən böyük İstanbul zəlzələsi göstərilir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər