22 İyul 17:29
526
12 Punto 14 Punto 16 Punto 18 Punto

Serbiyada müşahidə olunan anomal istilər səbəbindən ölkənin şimalında, Meneci kəndində yerləşən Rusanda gölü quruyub.

Teleqraf.com xəbər verir ki, duzlu göl ölkənin əsas istirahət yerlərindən biri hesab olunur. İsti bulaqları ilə məşhur olan bu bölgə, həmçinin 200-dən çox quş növünün yaşayış yeridir.

Göldə quruma səviyyəsinin artması və hazırkı son mənzərə yerli sakinlər arasında narahatlığa səbəb olub.

Serbiyanın Səhiyyə İnstitutu qızmar istilərlə əlaqədar 10 bələdiyyədə təhlükəli vəziyyət elan edib. Ölkənin bəzi bölgələrində havanın temperaturu 40 dərəcəyə çatıb, paytaxt Belqradda isə ən isti gün 38,4 dərəcə olmaqla iyulun 16-da qeydə alınıb.

Qeyd edək ki, Qərbi Balkan ölkələrində anomal istilər müşahidə olunur. Bəzi ölkələr meşə yanğınları ilə mübarizə aparır, regionun əksər hissəsində havanın temperaturu 39 dərəcə civarındadır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər