29 İyul 16:37
944
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyində (FHN) növbəti kadr dəyişikliyi baş tutub.

Teleqraf.com Qaynarinfo.az-a istinadla xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xudiyev öz ərizəsi ilə tutduğu vəzifəsindən azad edilərək, təqaüdə göndərilib.

Qeyd edək ki, Rza Xudiyev Fövqəladə Hallar Nazirliyinin məşhur polkovniklərindən biridir və 47 il Dövlət Yanğından Mühafizə Xidmətində çalışıb. Onun babası və atası da məşhur yanğınsöndürənlərdən olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər