Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha iki şəhid dəfn olunacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Belə ki, hərbçi Məmmədov Surxay Rza oğlu avqustun 1-i Gəncə şəhəri Şəhidlər xiyabanında, digər hərbçi Quliyev Camal Möhübbət oğlu isə avqustun 2-si Laçın şəhəri Şəhidlər xiyabanında dəfn ediləcək.