31 İyul 11:51
342
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti fəaliyyətini Tehran şəhərində yeni ünvanda bərpa edən Azərbaycanın İran İslam Respublikasındakı Səfirliyini ziyarət edib.

Bu barədə Teleqraf.com-a Nazirlər Kabinetindən bildirilib.

Bildirilib ki, Ə.Əsədov Səfirliyin binası ilə tanış olub, Azərbaycanın İrandakı səfiri və Səfirliyin heyəti ilə söhbət edib.

Qeyd edək ki, iyulun 15-də Azərbaycanla İran arasında aparılmış danışıqlar nəticəsində Azərbaycanın bu ölkədəki səfirliyi yeni ünvanda fəaliyyətini bərpa edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər