9 Avqust 13:16
357
12 Punto 14 Punto 16 Punto 18 Punto

İctimai Televiziya və Radio Yayımları Şirkətinin Xəbərlər departamentinin direktoru Fikrət Doluxanov vəzifəsindən gedib.

Teleqraf.cm xəbər verir ki, o bu barədə feysbuk hesabında yazıb.

“Bu kitabın yeni səhifələri artıq mənsiz yazılacaq və oxunulacaq. Mən isə yeni çağırışlar, yeni imkanlar, və yeni nailiyyətlərə doğru addımlamalıyam, çünki həyat – yoldur”, - deyə o bildirib.

Xatırladaq ki, F. Doluxanov bu vəzifəyə 2021-ci il yanvarın 6-da təyin olunmuşdu.

2022-ci ilin dekabrında Xocalıda Rusiya sülhməramlıları ilə F. Doluxanov arasında yaşanan insident ictimaiyyətdə əsas müzakirə mövzusuna çevrilmişdi. Jurnalistin operatoruna “çək, Fərmayıl, çək”, - deyə müraciət etdiyi kadrlar xeyli danışılmışdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər