10 Avqust 17:15
214
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.

Teleqraf.com xəbər verir ki, FHN-in Dövlət Yanğın Nəzarəti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətlərinin mütəxəssislərinin də iştirakı ilə Gəncə Regional Mərkəzi tərəfindən Gədəbəy Rayon Polis Şöbəsində və Şəmkir Rayon Mərkəzi Xəstəxanasında, Sumqayıt Regional Mərkəzi tərəfindən Sumqayıt Şəhər Dezinfeksiya Stansiyasında, Şimal Regional Mərkəzi tərəfindən “Aztelekom” MMC-nin Şimal-şərq regional filialının Qusar şöbəsində, Şimal-qərb Regional Mərkəzi tərəfindən Qəbələ rayon Gigiyena və Epidemiologiya Mərkəzində, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 15 saylı Regional Meşə Təsərrüfatı Mərkəzində, Aran Regional Mərkəzi tərəfindən “AzNar” QSC-də, Muğan Regional Mərkəzi tərəfindən Saatlı Dövlət Aqrar İnkişaf Mərkəzində, Qarabağ Regional Mərkəzi tərəfindən “Aztelekom” MMC-nin Aran regional filialının Bərdə şöbəsində maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.

Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların başvermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, sularda təhlükəsizliklə bağlı məsələlər diqqətə çatdırılıb və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər