21 Avqust 12:38
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasından irəli gələn məsələlərə ictimai dəstəyin artırılması” layihəsi çərçivəsində veriliş hazırlayıb.

Verilişimizin qonağı Dünya Azərbaycanlıları Konqresi İdarə Heyərinin üzvü, politoloq Zəlimxan Məmmədlidir.

Z.Məmmədli bildirib ki, 2020-ci ildən öncə də Qərbi azərbaycanlıların icması olub, amma o qədər də aktiv fəaliyyət göstərmirdi, strukturlaşmamışdı: "44 günlük Vətən müharibəsində əldə etdiyimiz Zəfərdən sonra bu məsələ aktuallaşdı. 2022-ci ildə isə Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının hazırlanması gündəmə gəldi və İcma təsis edildi. Gec də olsa, bu məsələ öz həllini tapdı. Bu proses bizə imkan verir ki, Qərbi Azərbaycana qayıdış məsələsini həll edək. Biz Ermənistana təzyiqləri gücləndirməliyik. Hüquqi və siyasi iddialarımızı daha ciddi şəkildə ortaya qoymalıyıq. Beynəlxalq təşkilatlarda bu yöndə müzakirələrimizi artırmalıyıq. Ölkə daxilində də Qərbi Azərbaycanla bağlı tədbirlərimizi, maarifçilik işlərimizimi aparmalıyıq. Qərbi Azərbaycan məsələsi milli məsələdir, burada firqəçiliyə yer yoxdur. Mən hər zaman milli məsələlərdə barışdırıcı mövqe tutmağın tərəfdarı olmuşam".

Zəlimxan Məmmədlinin mövzuya dair daha geniş fikirləri ilə video verilişdə tanış ola bilərsiniz.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər