23 Avqust 19:12
905
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu xəstəlik hər il təxminən 1,8 milyon insanın ölümünə səbəb olur.

Teleqraf.com xəbər verir ki, ilk dəfə ağciyər xərçəngi xəstələri üzərində peyvənd sınaqdan keçiriləcək.

Mütəxəssislər bu peyvəndin minlərlə insanın həyatını xilas etmək potensialının olduğunu açıqlayıblar. Peyvəndin bədəndə xərçəng hüceyrələrini tapıb öldürəcəyi və onların geri qayıtmasının qarşısını ala biləcəyi düşünülür.

BNT116 kimi tanınan və BioNTech tərəfindən istehsal olunan bu peyvənd ən çox yayılmış ağciyər xərçəngini müalicə etmək üçün nəzərdə tutulub.

Sınaq Böyük Britaniya, ABŞ, Almaniya, Macarıstan, Polşa, İspaniya və Türkiyə də daxil olmaqla yeddi ölkədəki 34 tədqiqat mərkəzində başlanıb. İlk sınaqda 130 xəstə iştirak edəcək.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər