22 Avqust 17:50
12 Punto 14 Punto 16 Punto 18 Punto

20 avqust 2024-cü il tarixində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə vəsaiti ilə “Ulduz” informasiya kommunikasiya texnologiyaları sahəsində maarifləndirmə ictimai birliyi “Kiberdələduzluğa qarşı maarifləndirmə” ictimai təlimlərin təşkili layihəsi çərçivəsində Şabran rayonunun Heydər Əliyev Mərkəzində “Kiberdələduzluğa qarşı maarifləndirmə” ictimai təliminin sonuncu 4-cü tədbiri təşkil edilib.

Layihə rəhbəri Samir Həsənov tədbir iştirakçılarını salamlayaraq tədbiri açıq elan etdi. O, internetin sürətli inkişafı və eləcədə internetdə geniş yayılmış kiberhücumlar barədə təlim iştirakçılarına qısa məlumat verdi. Layihəyə maliyyə dəstəyinə görə tədbirin donoru QHT-lərə Dövlət Dəstəyi Agentliyinə öz təşəkkürünü bildirdi. Kiberdələduzluğa qarşı mübarizənin genişləndirilməsi üçün bu tip təlimlərinin vacibliyini vurğuladı.

Təlim 2 hissədən ibarət təşkil edilmişdir. Birinci hissədə çay süfrəsi arxasında layihə rəhbəri və layihənin eksperti Yusif Süleymanlı tədbir iştirakçılarının kiberdələduzluq barədə suallarını cavablandırmışlar. Təlim iştirakçıları qarşılaşdıqları kiberdələduzluq və bank kartlarından oğurluq halları barədə məlumat verərək müdafiə üsullarının mövcudluğu haqqında suallar verdilər. Yusif Süleymanlı təlim iştirakçılarına fərdi məlumatların mühafizəsi, social şəbəkələrdə iş, şifrə sistemi və 2 faktor qoruma sisteminin vacibliyi və dipfeyk (deepfake news) xəbərlər barədə məlumatları nəzərə çatdırdı.

Təlimin ikinci hissəsində layihənin eksperti Yusif Süleymanlı kiberdələduzluq barədə təqdimatını təlim iştirakçılarının nəzərinə çatdırdı.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər