“Qadın Problemlərinin Tədqiqatları Mərkəzi” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Həssas qrupdan olan qadınların hüquqi müdafiəsi” adlı layihəsinə yekun vurub.
Ödənişsiz hüquqi xidmətdən yararlanmaq istəyən şəxslər layihənin icrasına cəlb olunan Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, vəkil Araz Nurməmmədova müraciət ediblər.
Layihənin icrası çərçivəsində artıq 34 nəfərə ofis şəraitində hüquqi xidmət göstərilib. Onlardan 16 nəfər üçün iddia ərizəsi, 9 nəfər üçün apellyasiya şikayəti, 3 nəfər üçün kassasiya şikayəti, 6 nəfər üçün isə müvafiq dövlət orqanlarına ərizələr hazırlanıb.
Bundan əlavə, 15 nəfərə onlayn qaydada (whatsApp, facebook və sosial şəbəkələr vasitəsilə) ödənişsiz hüquqi konsultasiya xidməti göstərilib.
Layihənin davamlılığını təmin etmək məqsədilə layihədən faydalanmaq istəyən şəxslər facebook (pulsuz hüquqi xidmət) və instagram (pulsuz huquqi xidmət) sosial şəbəkələri vasitəsilə və ya qaynar xətt formatında yaradılmış (055) 858-55-59 whatsApp / mobil nömrəsi aktiv olacaqdır. Həssas qrupun üzvləri layihə yekunlaşdığı halda
belə layihədən fayadalana biləcəklər.