“36 seçki məntəqəsini ziyarət etdik. Monitorinq zamanı seçki məntəqələrinin fəaliyyətinə hər hansı müdaxilə qeydə alınmayıb”.
Teleqraf.com xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini, müşahidə missiyasının rəhbəri Ömer Kocaman deyib:
“Yerli və beynəlxalq müşahidəçilərin seçkiləri izləmələri üçün bütün lazımi şərait yaradılılıb. Seçkinin beynəlxalq səviyyədə qəbul edilmiş qanunlara uyğun keçirildiyini bəyan edirik”.