2 Sentyabr 16:42
281
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqust ayında havanın temperaturu əksər günlərdə iqlim normasından yüksək olub, orta aylıq temperatur müsbət 28.2 dərəcə qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib.

O qeyd edib ki, ötən ay ərzində havanın maksimal temperaturu Bakı və Abşeron yarımadasında 5 avqust tarixində 39 dərəcə, bölgələr üzrə isə 22-23 avqust tarixlərində Naxçıvan MR-da və Aran rayonlarında 40 dərəcə isti müşahidə olunub.

“Avqust ayında əksər bölgələrdə fasilələrlə yağıntılı hava şəraiti müşahidə edilmiş və ümumi olaraq bölgələr üzrə 21 gün yağıntılı keçib. Yağıntı əsasən dağlıq və dağətəyi rayonlarda leysan xarakterli olub. Ən çox yağıntı isə aylıq normanın 130 faizi olmaqla Balakən-Şəki bölgəsinə düşüb. Ölkə üzrə bir dəfə dolu düşməsi 4 avqust tarixində Qusar rayonunun Ləzə kəndində qeydə alınıb.”

Xidmət rəsmisi bildirib ki, avqust ayının bəzi günlərində küləkli hava şəraiti ilə bağlı rəng şkalasına uyğun olaraq narıncı və sarı xəbərdarlıqlar verilib. Bakıda və Abşeron yarımadasında 11 gün, bölgələrdə isə 22 gün küləkli olub. Küləyin maksimal sürəti Abşeron yarımadasında 25 m/s, bölgələrdə isə 23-28 m/s-dək güclənib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər