13 Sentyabr 09:18
524
12 Punto 14 Punto 16 Punto 18 Punto

Balqabaq toxumu sağlamlığımız üçün təbiətin möcüzəsidir. Bu təbii qida maddəsi bədənimizin bir çox funksiyalarını dəstəkləyən maddələrlə doludur. Xüsusilə damar sağlamlığına müsbət təsiri ilə diqqət çəkir.

Beləliklə, balqabaq toxumunun faydaları nələrdir?

Teleqraf.com xəbər verir ki, tərkibindəki yüksək dəmir və zəngin qida profili sayəsində balqabaq tumları həm sağlam həyat tərzini dəstəkləyir, həm də bədənin ehtiyac duyduğu mineralları təmin edir.

Tərkibindəki vitaminlər, minerallar və antioksidanlar sayəsində orqanizmə bir çox faydaları var.

Yüksək dəmir tərkibi anemiya riskini azaltmağa kömək edir. Dəmir qırmızı qan hüceyrələrinin istehsalında mühüm rol oynayır və bədənin oksigen daşıma qabiliyyətini artırır.

Balqabaq tumları sink, maqnezium və E vitamini kimi vacib minerallar və vitaminlərlə də zəngindir.

Sink immunitet sistemini dəstəklədiyi halda, maqnezium əzələ və sinir funksiyalarının düzgün işləməsinə kömək edir.

Balqabaq toxumları liflə də zəngindir. Lif həzm sisteminin müntəzəm işləməsinə kömək edir və həzm problemlərinin qarşısını alır. Yüksək lif tərkibi sayəsində uzun müddət tox qalmağınıza kömək edir, bu da çəki nəzarətini asanlaşdırır. Lifli qidalar həzm sisteminin sağlamlığını dəstəkləyir və bağırsaq hərəkətlərini tənzimləyir.

Antioksidantlarla zəngin olan balqabaq tumları bədəni sərbəst radikallardan qoruyaraq hüceyrə zədələnməsinin qarşısını alır. Vitamin E və digər antioksidantlar hüceyrələrin qocalmasını gecikdirir və ümumi sağlamlığa müsbət təsir göstərir.


Müəllif: Mələksəda Zeynallı

Oxşar xəbərlər