13 Sentyabr 11:21
321
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fəsil əvəzlənməsi zamanı hava şəraitinin dəyişməsi xəstəliyin yayılmasının vaxtını və şiddətini müəyyən edən mühüm amildir. Mövsümi ekoloji şərait xəstəliklərin əmələ gəlməsində əsas rol oynayır.

Teleqraf.com-un xəbərinə görə, infeksionist Mərdan Əliyev bildirib ki, fəsildən-fəslə keçid dövründə orqanizmin xəstəliklərəı həssaslığı artır.

Mərdan Əliyev qeyd edib ki, immunitet sistemi orqanizmin xəstəliklərə qarşı müdafiə mexanizmini formalaşdıran, bədənimizi yad və zərərli maddələrdən qoruyan kompleks sistemdir: “Bu sistem bədənimizə daxil olan bakteriya, mikrob, virus, toksin və parazitlərdən qorunmaq üçün nəzərdə tutulub. Bu zaman ətraf mühitdə virus və bakteriyaların sayı çoxalaraq aktivləşir. Buna səbəb Günəş aktivliyinin azalmasıdır”.

Temperaturun dəyişməsi, immun sisteminin zəifləməsi və orqanizmin müqavimətinin azalmasına səbəb olduğunu bildirən infeksionist vurğulayıb ki, bu amillər səbəbindən bir çox xəstəlik və epidemiyalar baş verir: “Qrip, soyuqdəymə, mövsümi allergik rinit, faringit, laringit, sinüzit, bronxit, bronxiolit, astma kimi bir çox tənəffüs yolu xəstəlikləri mövsüm dəyişən vaxtlarda daha çox müşahidə olunur”.

Mərdan Əliyev xəstəlikdən qorunma yollarını belə sıralayıb:

“Xəstə olan şəxslərlə birbaşa təmasdan çəkinmək və onların qidalanmasına xüsusi diqqət yetirmək tövsiyə olunur. Bu dövrlərdə gündəlik qida rasionunuza təzə tərəvəz və meyvələr əlavə etmək, vitamin qəbul etmək və yuxu rejiminə diqqət yetirmək böyük əhəmiyyət kəsb edir”.


Müəllif: Mələksəda Zeynallı, İradə Tağızadə

Oxşar xəbərlər