12 Sentyabr 23:58
413
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarabağ bölgəsində baş verən hadisələrə görə Ermənistan rəhbərliyi günahkardır.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu sözləri Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədə yaşayan müxtəlif millətlərin nümayəndələri ilə görüşündə deyib.

“Qarabağda baş verənlər təkcə Ermənistan rəhbərliyinin günahıdır, mən şəxsən Ermənistan hakimiyyətinə xəbərdarlıq etmişəm ki, əraziləri Azərbaycana verin. Üstəlik Ermənistan hakimiyyəti etiraf ediblər ki, bu “bizim ərazilər deyil. Lakin biz bu torpaqları verməyəcəyik, döyüşəcəyik”, – Lukaşenko çıxışı zamanı deyib.

Belarus lideri qeyd edib ki, o, İrəvanla Bakı arasında problemin sülh yolu ilə həllinə çağırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər