19 Sentyabr 10:24
308
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Teleqraf.com xəbər verir ki, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları Bakı şəhəri, Sabunçu rayonunda yerləşən “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsdə yanğına qarşı maarifləndirmə tədbiri keçirib.

Tədbir zamanı yanğınların başvermə səbəbləri və qarşısının alınması yolları, yanğın zamanı zəruri davranış qaydaları, o cümlədən təxliyə barədə ətraflı məlumat verilib, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.

Tədbirdə fövqəladə hadisələr barədə slaydlar nümayiş etdirilib, tədbir iştirakçılarına yanğına qarşı təbliğat xarakterli kitabça, plakat və yaddaş vərəqələri paylanılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər