Türkiyədəki meşə yanğınları ilə mübarizə tədbirlərinə köməklik göstərilməsi məqsədilə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi yanğınsöndürmə əməliyyatını davam etdirir.
Bu barədə Teleqraf.com-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, əməliyyat çərçivəsində təyyarə ötən gün Manisa-Alaşehir istiqamətində meşədəki yanğınla mübarizə tədbirlərinə cəlb olunub. Hazırda yanğınların söndürülməsi işləri davam etdirilir.