Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Dövlət Məşğulluq Agentliyi ilə birgə Cəbrayıl şəhərində ilk dəfə əmək yarmarkası təşkil edib.
Teleqraf.com xəbər verir ki, Yarmarkada Xidmətin icra etdiyi tikinti layihələrinin podratçıları və subpodratçıları, şəhərdə fəaliyyət göstərən istehsal, əczaçılıq, pərakəndə satış və xidmət sektoruna aid 13 müəssisə sakinlərə ümumilikdə 148 vakansiya təqdim edib.
Yarmarkanın keçirilməsində əsas məqsəd Cəbrayıl şəhərinə köçmüş sakinlərin məşğulluğunun təmin olunmasına dəstək göstərməkdir.