09:45
482
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qobustanda yerləşən zavodlardan birində işçilər arasında insident baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Teleqraf.com-a bildirilib ki, oktyabrın 15-də saat 12 radələrində paytaxtın Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisində yerləşən zavodda işçilərdən birinin xəsarət alması barədə polisə məlumat daxil olub.

Qeyd edilib ki, araşdırmalarla 2004-cü il təvəllüdlü Yaşar Qumbatovun münaqişə zəminində iş yoldaşı 2001-ci il təvəllüdlü Nurlan Şahpələngovun başına dəmir parçası ilə xəsarət yetirməsi müəyyən edilib.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən Y.Qumbatov saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanılıb.

Hazırda Qaradağ Rayon Polis İdarəsində istintaq araşdırması aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər