18 Oktyabr 08:30
231
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın ilk özəl enerji şirkətləri qrupu, GL Group Türkiyədə təbii qaz hasilatı bazarına daxil olmaqla ilk beynəlxalq strateji addımını atıb. Bununla da, GL Group orta miqyaslı regional enerji şirkəti olmaq istiqamətindəki strategiyasını həyata keçirərək beynəlxalq enerji oyunçusuna çevrilir.

GL Group, Türkiyənin şimal-qərbində Trakya hövzəsində (Thrace Basin) yerləşən F17-b4 bloku üçün lisenziyanın 100%-lik sahibi və operatoru olan Kanadanın Gazelle Energy Limited şirkətinin səhmlərinin 25%-ni satın alıb. Bu blok, 145 km² sahəni əhatə edən sıx qazın qiymətləndirilməsi və işlənməsi layihəsidir və kəşf edilmiş 65 milyard kub fut (2P) qaz ehtiyatları ilə yanaşı əhəmiyyətli artım potensialına malikdir. GL Group həmçinin Gazelle Energy-nin Direktorlar Şurasında da təmsil olunacaq.

Bu layihədə qabaqcıl texnologiyalardan istifadə olunacaq. GL Group rəhbərliyinin Şimali Amerika və Rusiyada sıx qaz yataqları sahəsindəki təcrübəsi onu Gazelle Energy üçün ideal tərəfdaş kimi mövqeləndirir. GL Group, Gazelle Energy ilə birgə çalışaraq, F17-b4 blokunun Əməliyyat Komitəsində iştirak edəcək və yatağın tam qaz potensialını aşkara çıxarmaq üçün çoxfazalı hidravlik qırılma və çoxmərhələli qazma və quyuların tamamlanması texnologiyalarından istifadə olunacaq.

"Türkiyənin enerji bazarına daxil olmağımız GL Group üçün əhəmiyyətli yeni bir fəslin başlanğıcı deməkdir," - deyə, GL Group-un Qrup Baş İcraçı Direktoru və Məşvərət Şurasının sədri Asif Zeynalov bildirib.

"Bu ilk beynəlxalq satınalma təkcə strateji deyil, həm də GL Group-u sənayedə regional oyunçu kimi müəyyən edir, mövqeyimizi gücləndirir və regiondakı gələcək inkişafımıza təkan verir".

GL Group haqqında:

GL Group Azərbaycanın Salyan rayonunda “Kürsəngi” və “Qarabağlı”, Abşeron yarımadasında “Buzovna-Maştağa”, “Qala” və “Zirə” də daxil olmaqla beş neft-qaz yatağında fəaliyyət göstərir. Şirkətlər qrupunun portfelinə “Salyan Oil Limited” və “Taghiyev Operating Company” əməliyyat şirkətləri, həmçinin neft-qaz sənayesində texniki xidmətlər göstərən “GL Technical Services” şirkəti daxildir. GL Group və onun strateji təşəbbüsləri haqqında ətraflı məlumatı www.gl.world saytından əldə edə bilərsiniz.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər