“Azərbaycanda bu günə olan alternativ və bərpaolunan enerjinin payı 14% təşkil edir, Naxçıvanda bu göstərici 55% civarındadır”.
Teleqraf.com xəbər veriri ki, bu sözləri Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti rəisinin müavini Tural Murtuzəliyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, alternativ və bərpaolunan enerji barədə Naxçıvanın potensial həcmi xeyli yüksəkdir:
“Media turun keçirilməsi həm dövlətçilik baxımından, həm də tarixi baxımdan əhəmiyyətli bir günə təsadüf edir. Biz bu işləri planlayarkən bunlara diqqət etməyə çalışdıq. Bildiyiniz kimi, oktyabrın 20-si Energetika İşçilərinin Peşə bayramı günüdür. Bundan əlavə bu gün Müstəqilliyin Bərpası Günüdür. Biz bu tədbiri təşkil edərkən elə zaman seçdik ki, bu tarixlərə təsadüf etsin. Tədbirlərin ardınca Zəngilanın işğaldan azad olmasının 4-cü il dönümüdür. Buna görə də tədbirlərimiz böyük əhəmiyyət kəsb edir.
Biz müəyyən təhlillər apardıqdan sonra məlum oldu Alternativ və bərpaolunan enerji barədə Naxçıvanın potensial həcmi xeyli yüksəkdir".
O bildirib ki, Azərbaycanda bu günə olan alternativ və bərpaolunan enerjinin payı 14% təşkil edir, Naxçıvanda bu göstərici 55% civarındadır:
"Bundan əlavə investorlar Respublikaya ciddi maraq göstərirlər. Bunun səbəbi Naxçıvanda günəşli saatların miqdarının xeyli yüksək olmasıdır. Eyni günəş panelləri müxtəlif yerlərdə daha fərqli nəticələr verir. Naxçıvanda yerləşən günəş panellərinin verimlilik əmsalı daha yüksəkdir. Buna görə də xarici investorlar da Azərbaycana ciddi maraq göstərirlər. Son günlərdə biz bir neçə beynəlxalq şirkətlə əməkdaşlıqlar edirik. Bir neçə həm yerli həm xarici şirkətlərin bir hissəsi ilə xeyli məsafə qətt etmişik. Onların texniki iqtisadi əsaslandırmalarını nəzərdən keçiririk”.