18 Oktyabr 17:52
312
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov oktyabrın 18-də Bərdə Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin inzibati binasında Bərdə, Tərtər və digər rayonlardan olan vətəndaşları qəbul edib, onların müraciətlərini dinləyib, ərizə və şikayətlərinə baxıb.

Teleqraf.com xəbər verir ki, qəbuldan öncə Z.Mikayılov və Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev şəhərin mərkəzində ucaldılan ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə çiçəklər qoyaraq xatirəsini ehtiramla yad ediblər.

Daha sonra agentliyin sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Müraciətlər əsasən suvarma suyuna olan tələbatın ödənilməsi, kanalların beton üzlüyə alınması, suvarma suyunun limitinin artırılması, yeni subartezian quyularının qazılması, içməli su təchizatı, kanalizasiya sistemlərinin yenidən qurulması və digər məsələlərlə bağlı olub.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.








Müəllif: Teleqraf.com

Oxşar xəbərlər