18 Oktyabr 11:34
902
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya Ukraynadakı müharibənin gedişatını dəyişmək üçün Rusiyaya hərbi əməliyyatlarda iştirak etmək üçün kritik sayda qüvvə göndərməlidir.

Teleqraf.com xəbər verir ki, bunu ukraynalı hərbi ekspert Pavlo Narojnı deyib.

Onun fikrincə, Şimali Koreyanın 100 mindən çox hərbçisi cəbhədəki vəziyyətə təsir edə bilər.

“Hərbi əməliyyatların gedişatını dəyişmək üçün Şimali Koreyadan kritik sayda əsgər lazımdır. Məsələn, 100 minlik bir qüvvə”, - Narojnı vurğulayıb.

Ekspertin sözlərinə görə, məsələn, Pxenyan 1 milyonluq ordusundan 150 min əsgərini Rusiyanın köməyinə göndərsə, o zaman Şimali Koreya ərazisində qalacaq qüvvələri üçün ciddi təhlükə yaranacaq:

“Kim Çen Inın ölkəmizə bu qədər qoşun göndərməsi ehtimalı azdır, çünki ölkəsinin Cənubi Koreya ilə davam edən gərginliyi var”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər