18 Oktyabr 09:53
2 373
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəisi general Maykl Kurilla İsraili HƏMAS lideri Yəhya Sinvarın öldürülməsi münasibətilə təbrik edib.

Teleqraf.com xəbər verir ki, amerikalı general terror yolunu seçənlərin Sinvarla eyni aqibəti gözlədiyini bildirib.

Kurilla deyib ki, CENTCOM-un İsrail Müdafiə Qüvvələrinə verdiyi dəstək bundan sonra da qətiyyətli şəkildə davam edəcək.

“Müttəfiqlərimiz və tərəfdaşlarımızla bütün Yaxın Şərqdə terrorçulara qarşı mübarizə aparmaq öhdəliyimiz əsas prioritet olmaqda davam edir”, - general vurğulayıb.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər