17 Oktyabr 19:45
16 665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan tərəfi növbəti dəfə sülh prosesini manipuliyasiya edir. Bir aya sülh sazişini imzalamağa hazır olduğunu bəyan edən rəsmi İrəvan bununla paralel Azərbaycanın guya Ermənistana hücuma hazırlaşdığını iddia edir. Hətta bir qədər irəli gedərək COP29-dan sonra Bakının açıq hücum planının olduğu da iddia olunur.

Teleqraf.com-a danışan Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayev Ermənistanın bu kimi yanaşmaların başqa bir mahiyyət kəsb etdiyini söyləyib.

“Sözsüz ki, müharibə təhlükəsi hər zaman var. Ermənistanın atdığı addımlar, verdiyi bəyanatlar, ortaya qoyduğu mövqe sülh üçün kifayət deyil. Sülh müqaviləsində rəsmi İrəvan Bakı ilə ancaq yüngül məsələləri həll edib. Əsas məsələlər isə razılaşdırılmamış qalıb. Ermənistan isə razılaşdırılmış kiçik müddəalar üzərində sülh sazişinin imzalanmasını iddia edir. Azərbaycanın isə gələcək üçün təhlükə olacaq bu razılaşmaya getməsi mümkün deyil”, - deyə o əlavə edib.

Partiya sədri hesab edir ki, Ermənistan prosesi uzatmaqla silahlanır:

“Bu gün Qərb dövlətləri Ermənistana hücum silahları göndərir, maliyyə ayırır. Hətta ABŞ hərbçiləri Ermənistan ordusuna təlimlər keçir. Belə olan halda isə sülhdən danışmaq yersizdir. Təbii ki, Azərbaycan bu faktları bildiyi halda adekvat addımlar atır. Ona görə də, bölgə yeni risklərlə üz-üzədir”.

Razi Nurullayev bildirib ki, Azərbaycanın sülhlə bağlı mövqeyi aydındır: “İlk sülh təşəbbüsü də Bakıdan olub. Azərbaycan səmimi olaraq Ermənistanla sülh müqaviləsini imzalamaq istəyir. Amma İrəvan döyüşdə məğlub olmuş ölkə kimi sülh masasına oturmaq istəmir. Sanki II Qarabağ müharibəsində Ermənistan məğlub olmayıb kimi yanaşma sərgilənir. Bütün bunlar isə prosesi pozur”.

Millət vəkili Azərbaycanın sülhlə bağlı ilkin şərtlərinin Ermənistan konstitusiyasında yer alan ərazi iddiaları ilə bağlı olduğunu bildirib:

“Ermənistan isə bu müddəaları konstitusiyasından 2027-ci ildən sonra çıxaracağını iddia edir. Belə olan halda hansısa sülhdən danışmaq yersizdir. 2028-2029-cu ildə sülhün əldə edilməsi daha real görünür. İndiki şərtlər çərçivəsində bu mümkün deyil. ATƏT-in Minsk Qrupundan imtina edilməlidir. Bəzi beynəlxalq təşkilatlar isə Azərbaycanın Ermənistandan təzminat almasını istəmir. Bu halda həmin təşkilatlar Ermənistanın əvəzinə 8 yüz milyard manatlıq vəsaiti ödəməlidir”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər