18 Oktyabr 12:41
1 025
12 Punto 14 Punto 16 Punto 18 Punto

Aktrisa Ülviyyə Xəlilbəyli keçmiş həyat yoldaşı, aktyor Murad İsmayılla bağlı açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, aktrisa "Xəbərin var?” verilişində aparıcının "Boşandıqdan sonra da yenə sizi bir arada görürük. Uşaqlarınızla birlikdə istirahətə gedirsiniz" sualını belə cavablandırıb:

“Verilişə gələndə söz vermişdim ki, bu haqda danışmayacam. Sözlərimi elə seçməyə çalışıram ki, xəbər hazırlamasınlar. Amma yenə də xəbər üçün nəsə tapırlar. Bu dəfə heç nə deməyəcəm, bu mövzuya toxunmaq istəmirəm. Sadəcə haqqımda çıxan xəbərlərdən və yazılan şərhlərdən yoruluram. İnsanlar düşünürlər ki, Muradla bağlı xəbərləri pul verib yazdırıram və özümü reklam elətdirirəm. Mən bu kimi hallardan qaçıram".

Qeyd edək ki, keçmiş cütlüyün iki övladı var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər