14:20
568
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənub Qaz Dəhlizi Avropa ölkələrinin enerji resurslarına olan tələbatını ödəmək baxımından mühüm rol oynayır.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin enerji resursları üzrə katibinin köməkçisinin müavini Ceffri Payet “Anadolu”ya deyib.

“Bu gün fəaliyyətdə olan Cənub Qaz Dəhlizi Azərbaycan, Türkiyə, Yunanıstan və İtaliya arasında əməkdaşlığı ehtiva edən uğurlu təşəbbüsdür. Xüsusilə Cənubi Avropa, İtaliya və Balkanda enerji mənbələrinin şaxələndirilməsində mühüm rol oynayır”, - ABŞ rəsmisi bildirib.

Payet qeyd edib ki, bunun gələcəkdə Cənub-Şərqi Avropadan Bolqarıstan və Rumıniyaya qaz nəql edə biləcək şaquli qaz dəhlizinin açılması da daxil olmaqla genişlənmə ehtimalı var.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər