18 Oktyabr 13:49
483
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda 1 400 bələdiyyə birləşdirilərək ümumi sayının 685-ə endirilməsi təsdiqlənib.

Teleqraf.com xəbər verir ki, bununla bağlı “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna Əlavə − “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsi parlamentin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Qeyd olunub ki, “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında qanunda dəyişiklik edilməsi barədə” qanuna əsasən, ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı dörd ilin son iki ili ərzində əhalisinin sayı 3 000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1 000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Milli Məclisin qərarı ilə digər bələdiyyələrlə birləşdirilir.

Bələdiyyələrin birləşmə ilə bağlı Milli Məclisə təqdim olunan rəylərə baxılıb və nəticədə 1 400 bələdiyyənin birləşdirilməsi yolu ilə ölkə ərazisində bələdiyyələrin ümumi sayının 685-ə endirilməsi nəzərdə tutulub.

Layihə səsverməyə çıxarılaraq qəbul edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər