17:10
12 Punto 14 Punto 16 Punto 18 Punto

Növbəti il ərzində "Araz" Su Elektrik Stansiyasında yenidənqurma işləri görüləcək.

Teleqraf.com xəbər verir ki, bunu Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti rəisinin müavini Tural Murtuzəliyev jurnalistlərin sualını cavablandırarkən deyib.

O bildirib ki, Araz Su Elektrik Stansiyası energetika tarixində ən qədim tarixə malik stansiyadır:

“Bu stansiya çətin günün dostu kimi tanınır. Naçıvanda elektrik enerjisi olmayan vaxtlarda bu stansiya enerji təminatında böyük rol oynayıb. Uzun illərdi ki, Araz Su Elektrik Stansiyası istismar müddətini tamamladığı üçün biz onu yenidənqurmasını planlaşdırırıq. Bununla bağlı təhlillər aparılır. Növbəti il ərzində "Araz" Su Elektrik Stansiyasının yenidənqurma işi ilə məşğul olacağıq”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər