09:41
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya qoşunları Donetsk vilayətində Çasiv Yar və Kuraxiv şəhərlərinə doğru irəliləyirlər.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın “DeepState” monitorinq qrupu məlumat yayıb.

İrəliləyiş Kuraxivdən 10 kilometrdən az məsafədə yerləşən Maksimilyanivka kəndində qeydə alınıb.

“Düşmən Çasiv Yar, Maksimilyanivka və Tsukurini yaxınlığında irəliləyib”, - məlumatda deyilir.

“DeepState”in xəritəsində rusların bir neçə istiqamətdən Kuraxivka, Aleksandropol və Qirnikə doğru irəlilədikləri göstərilir.

Rusiya qüvvələrinin xüsusən də Kuraxiv şəhəri istiqamətində hücumlarını fəal şəkildə davam etdirdiyi bildirilir.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər