21 Oktyabr 12:15
387
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024-cü ilin əvvəlindən qeydə alınan aylıq və dövrü azalmadan sonra yanvar-sentyabr aylarında ilk dəfə olaraq qeyri-neft ixracatında artım qeydə alınıb. Bu müddətdə qeyri-neft ixracatının həcmi 1.3 faiz artaraq 2.5 milyard dollar olub. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin hesablamalarına görə, həmin müddətdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 17,8% artaraq 755,4 milyon dollar olub.

Teleqraf.com xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov bildirib.

Deputat qeyd edib ki, əvvəlki dövrlərdə qeydə alınan azalma elektrik enerjisi, spirtli və spirtsiz içkilərin ixracatının həcmi ilə bağlı idi:

“Bu ilin 9 ayındakı artıma mövsümü faktorlar ilə yanaşı aqrar məhsulların ixracatının çoxalması da təsir göstərib. Bütün bunlarla yanaşı, yenə də qeyri-neft ixracat bazarlarının şaxələndirilməsi prioritet olaraq qalmaqdadır. Belə ki, daha çox məhsul ixrac etdiyimiz bazarlarda alıcılıq qabiliyyəti və milli valyutaların məzənnələri də ixrac dövriyyəsinə təsir göstərir.

Qeyri neft-qaz məhsulları ixracatımızın yarıdan çoxu iki ölkənin payına düşür. Neftsiz ixracatın 34.5 faizi Rusiya, 18.1 faizi isə Türkiyəyə yönəlib. Yeni bazarlara, xüsusən Avropa İttifaqı və körfəz ölkələrinə daha çox qeyri-neft məhsullarının satışı enerjisiz ixrac dövriyyəsinin dayanıqlı baxımından da vacibdir”.


Müəllif: Əsəd Məmmədəliyev

Oxşar xəbərlər