12:55
414
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hörmətli Sahil müəllim, bir xahiş də edim ki, ünvanlı sosial yardım yoxlaması aparılan zaman soyuducuları açıb yoxlamasınlar, qazanların içinə baxmasınlar, məsələyə bir az insan ləyaqətinə hörmət rakursundan yanaşsınlar. Ola bilər ki, həmin ailəyə kimsə bir kisə un, bir kisə kartof gətirib".

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında Milli Məclisin deputatı Razi Nurullayev deyib.

"Aydındır ki, bu sizin göstərişiniz deyil, amma bu tip məsələlər insan ləyaqətini alçaldır", - deyə deputat əlavə edib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev buna cavab olaraq bildirib ki, qazan, soyuducu yoxlanılmasından söhbət gedə bilməz: "Əyani müayinənin iki məqsədi var. Birinci ailənin tərkibi ilə bağlı, ikinci məqam isə həmin evin, ailənin məişət şəraitinin rəsmi gəlirləri ilə uyğunluğudur. Bütün müayinələr videoçəkilişlə aparılır. Bir çox hallarda bu mexanizmdən sui-istifadə edənlər də olur”.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər