20:54
648
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Kiyev Moskva ilə münaqişəni həll etmək üçün ərazilərdən imtina etməlidir".

Teleqraf.com “The Washington Post”a istinadən xəbər verir ki, bu barədə ABŞ və Avropa rəsmiləri ortaq qərara gəlib.

Amerika rəsmiləri yaxın aylarda Kiyevin Moskva ilə danışıqlara getməyə məcbur olacağını yaxşı bilir. ABŞ prezidenti Co Baydenin Rusiya ərazisində uzaqmənzilli raketlərin istifadəsinə icazə vermək qərarı bu potensial danışıqlarda Ukraynanın mövqeyini gücləndirmək məqsədi daşıyır" - nəşr bildirib.

Nəşr yazır ki, oxşar tədbir Ağ Evdə 2024-cü ilin oktyabr ayının sonunda müzakirə olunmağa başlayıb, lakin yekun qərar yalnız Donald Tramp prezident seçkilərində qalib gəldikdən sonra verilib.

Nəşr vurğulayır ki, Kiyevin Avropa İttifaqındakı tərəfdaşları arasında belə bir fikir var ki, sülh danışıqları Ukraynadan öz ərazilərinin bir hissəsini Rusiyaya verməyi tələb edə bilər.


Müəllif: Arzu

Oxşar xəbərlər