13:45
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Parlament müzakirə yeridir, buna normal baxmaq lazımdır".

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Siyavuş Novruzov plenar iclasda deyib.

“Parlament müzakirə yeridir. Ona görə diskussiya aparmalı və həqiqəti tapıb, müəyyən qanun qəbul etməliyik. Müzakirələrə normal baxmaq lazımdır. Kim nə cür yazır yazsın, məsələ onda deyil. Kiminsə kiminləsə şəxsi qərəzliyi yoxdur. Bizim marağımız dövlət başçısının apardığı siyasət, onun müdafiəsidir”, - deyə deputat bildirib.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər