Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev son dövrlərdə xarici ölkələrə səfərlərini artırıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Qazaxıstanın “Orda” nəşri yazır.
Mənbə Tokayevin bu çərçivədə Serbiya, Macarıstan, Fransa və Qırğızıstana səfərlərini xatırladır.
“Orda”nın məlumatına görə, bu fəallıq Qazaxıstan liderinin təşkilatdakı təcrübəsi nəzərə alınmaqla 2026-cı ildə BMT-nin baş katibi vəzifəsinə namizədliyinin hazırlanması ilə bağlıdır. Bu səbəbdən onun qarşıdakı dövrdə Qazaxıstan prezidenti postuna iddialı olmayacağı söylənilir.
Astana hələlik rəsmi şərh verməyib.