21:08
284
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Böyük Britaniyanın hərəkətlərinə cavab olaraq 30 nəfər Britaniya vətəndaşına qarşı sanksiya tətbiq edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Britaniya tərəfinin düşmənçilik hərəkətlərinə cavab olaraq, Rusiyanın “stop siyahısı”na bir sıra siyasi isteblişmentin, hərbi blokun, yüksək texnologiyalı müəssisələrin, habelə Britaniya jurnalistlərinin daxil edilməsi barədə qərar qəbul" - bəyənatda deyilir.

Rusiya Xarici İşlər Nazirliyi bu qərarın “Britaniya hakimiyyətinin davam edən aqressiv anti-Rusiya ritorikası” və Londonun Moskvaya qarşı sistemli şəkildə tətbiq etdiyi məhdudiyyətlərlə əlaqədar verildiyini açıqlayıb.


Müəllif: Arzu

Oxşar xəbərlər