"Sizə qulaq asanda adamı dəhşət bürüyür. Sanki ölkə uçuruma gedir. Sosial sahədə bu qədər işlər görülür. Nəyə görə heç biriniz bunlar haqqında danışmırsınız?".
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Milli Məclisin sədri Sahibə Qafarova deyib.
O, deputat Jalə Əliyevanın bölgələrdə işsizliklə bağlı çıxışından sonra deputaların sosial sahədə görülən işlərdən danışmadıqlarını vurğulayıb.