16:30
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO Parlament Assambleyası Ukraynaya yardımla bağlı qətnamə qəbul edib.

Teleqraf.com xəbər verir ki, bu, Kiyevə ortamənzilli (1000-dən 5500 kilometrə qədər), o cümlədən “Tomahawk” tipli raketlərin verilməsini nəzərdə tutur.

Qətnamədə, həmçinin bildirilir ki, Ukrayna tərəfinə tədarük edilən silahlarla Rusiya daxilindəki hərbi obyektlərə zərbələr endirmək icazəsi verilir.

Ukrayna uzun müddətdir NATO dövlətlərindən, xüsusən də ABŞ-dan “Tomahawk” raketlərini istəyirdi.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər