“İşsizlik bölgələrdə bir nömrəli problem kimi özünü göstərir”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Jalə Əliyeva deyib.
O bildirib ki, hər bölgə üçün layihələrin hazırlanmasna ehtiyac var: “Əsasən insanlar qaz, su, işıq idarələrində, məktəb, bağça kimi müəssisələrdə texniki işçi kimi çalışmaq istəyirlər. Ancaq o müəssisələrin işəgötürmə həcmi geniş deyil. Bu halda kəndli işi necə tapmalıdır? İstehsalat müəssisələrinin açılması, kənd təsərrüfatının inkişafı zərurətə çevrilib. Xammal hər kəsə əlçatan olmadığı üçün kəndli pay torpaqlarını effektiv istifadə edə bilmir. Məlumdur ki, hər kəsə iş təmin etmək mümkün olmur. Böyüməkdə olan nəsil kənddə qalmaq istəmir”.