12:22
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Heç vaxt, heç kimin sözünü kəsmirəm. Dövlətin, hökumətin gördüyü işlər haqqında danışmalıyıq".

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün keçirilən plenar iclasında Milli Məclisin sədri Sahibə Qafarova deyib.

“Bizə hamı qulaq asır. Biz xalqı təmsil edirik. Görülən işlər haqqında danışılmır. Əlbəttə, çatışmazlıqlar var. İş olan yerdə problem də olacaq. Ancaq bu, elə formada çatdırılmalıdır ki, camaatda da çaxnaşma yaratmasın. Hər sözün arxasında faktlar durmalıdır”,- spiker qeyd edib.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər