13:09
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın dəstəyi iləTayvanın müstəqillik qazanmaq cəhdləri mütləq acınacaqlı bir sonla nəticələnəcək.

Teleqraf.com xəbər verir ki, bu sözləri Çin Dövlət Şurasının Tayvan İşləri İdarəsinin sözçüsü Çen Binxua deyib.

“ABŞ-ın yeni administrasiyasında kim hansı vəzifəni tutur-tutsun, bu, Tayvanın Çinin bir hissəsi olan statusunu dəyişməyəcək. Lai Çin-te hökuməti ABŞ-ın köməyi ilə müstəqillik əldə etməyə çalışaraq, mütləq acınacaqlı bir sonla qarşılaşacaq və qurban olacaq”, - deyə o qeyd edib.

Qeyd edək ki, Tayvan 1949-cu ildən bəri müstəqil şəkildə idarə olunur. Rəsmi Pekin isə adanı Çinin bir vilayəti hesab edir.


Müəllif: Qənirə Süleymanova

Oxşar xəbərlər