“Gürcüstan Azərbaycan və Ermənistan arasında dialoqu və konstruktiv əməkdaşlığı təşviq edəcək”.
Teleqraf.com xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri vəzifəsinə namizəd Maka Boçorişvili parlamentdə keçirilən komitə iclasında deyib.
Onun sözlərinə görə, sülh və sabitliyin möhkəmləndirilməsi bölgənin unikal potensialından tam istifadə üçün ən yaxşı imkandır.
Gürcüstan-Türkiyə-Azərbaycan üçtərəfli əməkdaşlıq formatının davam etdirləcəyini söyləyən M.Boçorişvili qeyd edib ki, bu format mühüm regional format olaraq qalacaq.
XİN başçısı vəzifəsinə namizəd əlavə edib ki, Gürcüstan regionun üç ölkəsi ilə ən yüksək səviyyəli siyasi dialoqun görünməmiş dinamikasını saxlamağa hazırdır.