"ABŞ və onun G7 müttəfiqləri Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 50 milyard dollar ayırmaq prosesini yekunlaşdırır".
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Entoni Blinken mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, vəsait dondurulmuş Rusiya aktivlərindən təmin edilib.