İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarına nəzarət tədbirlərini davam etdirir.
Yoxlama zamanı Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ŞTQ, Montin küçəsi, ev 21ünvanında “Siqma LTD” MMC-yə məxsus “Gross” marketdə, Nərimanov rayonu, Ak.H.Əliyev küçəsi, ev 90A ünvanında “İntermarket” MMC-yə məxsus “Ruzi” marketdə malların yarlığında göstərilən qiymətlərlə nəzarət kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərq yaratmaqla, əsassız qiymət artımına yol verildiyi, bununla da istehlakçıların qiymətdə aldadıldığı aşkar edilib.
Qanun pozuntusuna yol vermiş şəxslər barədə ciddi tədbirlər görülüb. İstehlak bazarına nəzarət tədbirləri davam etdirilir.
Naibə QURBANOVA