4 Mart 2015 13:59
678
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın Roma şəhərində Bakı 2015 Avropa oyunlarının təqdimat mərasimi keçiriləcək.

Teleqraf.com-un məlumatına görə, bu məqsədlə gənclər və idman naziri Azad Rəhimov bu ölkədə rəsmi səfərdədir.

Bu gün, Romanın “Galleria nazionale d'arte moderna” –da (Müasir İncəsənət Milli Qalereyası) baş tutacaq tədbirdə Avropa Olimpiya Komitəsinin prezidenti Patrick Hickey, İtaliya Milli Olimpiya Komitəsinin prezidenti Giovanni Malagò, İtaliyaTəhsil naziri Stefania Giannini , digər rəsmilər və qonaqlar iştirak edəcək.

Bakı 2015 Avropa oyunlarının təqdimatı çərçivəsində 300-ə yaxın qonaq ölkəmizin mədəniyyətini, tarix və adətlərini özündə əks etdirən sərgi ilə tanış ola biləcəklər.

Tədbirin sonunda qonaqlar üçün konsert proqramı təqdim ediləcək.

Naibə QURBANOVA


Müəllif: