Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev martın 30-da saat 11:00-da Xızı şəhərindəki Tarix-Diyarşünaslıq Muzeyinin binasında (Vüsaqi küç. 28) bu bölgədən olan vətəndaşları qəbul edəcək.
DGK-nın mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən rayonların - Xızı, Sumqayıt, Abşeron və Qobustan rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar martın 29-u saat 11:00-dək “192” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Sumqayıt Baş Gömrük İdarəsi (əlaqə telefonu: (018) 655-16-19) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.
Naibə QURBANOVA